"Mayami"nin basketbolçusu Jimmi Batler maraqlı açıqlama ilə diqqət çəkib. Sport24.az xəbər verir ki, oyunçui gənc komanda yoldaşları - Tayler Herro və Bam Adebayonun inkişafından razı qaldığını dilə gətirib: “Düzünü desəm, özümü bu uşaqlarda görürəm. Onlar MBA-da yaxşı çıxış etməyin yolunu öyrəniblər və bunu daim sübut edirlər. İldən-ilə irəliləyiş əldə ediblər və daha da yaxşılaşacaqlar. Heç yerə getməyi planlaşdırmıram. Tayler və Bam da heç yerə getmirlər. Biz çempionluğu birlikdə qazanmalıyıq. Bu səbəbdən də hər şeyi yoluna qoymalıyıq".