MBA-da final seriyasının ilk oyununda ''Denver'' fanatları önündə ''Mayami''ni 104:93 yenərək 1:0 önə keçib. Sport24.az xəbər verir ki, meydan sahiblərinin heyətində Nikola Yokiç 14, Camal Marrey isə 10 məhsuldar ötürmə verib.

Bu, MBA tarixində final seriyasında hər iki basketbolçunun ən azı 10 ötürmə verdiyi cəmi 3-cü duetdi. Daha öncə bunu Maykl Cordan Skotti Pippen (3 dəfə) və Mecik Conson Ceyms Uorti (2 dəfə) dueti bacarmışdı.

Bu arada MBA-nın sabiq oyunçusu, hazırda isə ESPN-nin şərhçisi olan Cey Cey Reddik Yokiçlə Marreyi hazırda MBA-nın ən güclü dueti adlandırıb: ''Onları əminliklə bu ada layiq görmək olar. Söhbət təkcə 2-2-yə və ya 1-1-ə oyundakı reytinqindən, eləcə də statistik göstəricilərdən getmir. Söhbət onların ''Denver''in oyununa necə təsir göstərməsindən gedir. Bu iki basketbolçu arasında sanki xüsusi nəsə var. Onlar bir-birilərinin harda olduqlarını intuisiya sayəsində hiss edirlər. ''Denver''in oyunu tamamilə onlardan asılıdı''.