Azərbaycanın basketbolun 3x3 növü üzrə qadın yığmasının Olimpiya Təsnifat Turnirindəki növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, Honkonqda təşkil olunan yarışın yarımfinalında millimiz Macarıstanla qarşılaşıb.

 

Tiffani Hayes, Aleksandra Mollenhauer, Dina Ulyanova və Marsedes Uolkerdən ibarət yığmamız Paris-2024-ə yeganə vəsiqəni əldə etmək üçün yaxşı şans qazanıb. Millimiz Macarıstanı 21:19 hesabı ilə məğlub edib.

 

Qeyd edək ki, komandamız finalda Niderlandla - Polşa cütünün qalibi ilə görüşəcək.

 

Basketbol 3x3
Olimpiya Təsnifat Turniri
Yarımfinal

Macarıstan - Azərbaycan - 19:21