"Anadolu Efes” və “Fənərbağça”nın basketbol üzrə Avroliqada oyunları təxirə salınıb. Sport24.az xəbər verir ki, bu barədə Avroliqa rəsmi bəyanat yayıb.

Qurum bunu zəlzələdən sonra Türkiyə ərazisində bütün idman tədbirlərinin qeyri-müəyyən müddətə qədər ləğvi ilə əlaqələndib: “Avroliqa Türkiyədə dəhşətli zəlzələ ilə əlaqədar bütün idman tədbirlərinin dayandırılmasını nəzərə alaraq bu ölkənin komandalarının oyunlarını təxirə salır. Yaxın vaxtlarda “Anadolu Efes” və “Fənərbağça”nın hansı tarixlərdə oynayacağını müəyyənləşdirəcəyik. Avroliqa basketbol ailəsi Türkyə və qonşu ölkələrdə dəhşətli zəlzələyə görə məyusluğunu bildirir və təbii fəlakət nəticəsində həlak olanların yaxınlarına başsağlığı veririk”.