Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) VI tur çərçivəsində A qrupunda növbəti qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, "Gəncə" öz meydanında NTD ilə qarşılaşacaq.

 

Görüş Gəncə Olimpiya İdman Kompleksində saat 14:00-da başlayacaq.

Hazırda "Gəncə" qrup cədvəlində beşinci, NTD isə altıncı (sonuncu) pillədə qərarlaşıb. Hər iki komandanın aktivində beş xal var.

 

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Sumqayıt" "Lənkəran"ı 98:94, "Ordu" isə "Naxçıvan"ı 100:76 hesabı ilə məğlub edib. Tura noyabrın 9-da yekun vurulacaq.