Misli Premyer Liqasının XI turunda keçiriləcək "Qarabağ" - "Neftçi" oyununun biletlərinin hamısı satılıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, qarşılaşma üçün bilet qalmayıb.

Azərbaycan derbisi dolu tribunalar önündə keçiriləcək.

Matçın keçiriləcəyi "Azersun Arena" təxminən 6000 azarkeş tutumuna malikdir.

Qeyd edək ki, noyabrın 9-da baş tutacaq "Qarabağ" - "Neftçi" oyunu saat 18:44-də start götürəcək.