Portuqaliyalı hücumçu Kriştiano Ronaldo hesab edir ki, Səudiyyə Ərəbistanı liqasında oynayan oyunçular "Qızıl buts" mükafatına namizəd göstərilməlidir. Sport24.az xəbər verir ki,  2023-cü ildən bəri Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda oynayan Ronaldo bu liqada qol vurmağın daha çətin olduğunu deyib:

 

"Niyə Səudiyyə Ərəbistanı liqasında vurulan qolları saymırlar? Niyə? Liqamızda nə qədər əla oyunçu olduğuna baxın, digər oyunçulardan liqanın yaxşı olub-olmadığını soruşun. Məndən soruşmayın, çünki mən həmişə diqqət mərkəzindəyəm. Bəziləri deyəcək ki, "Kriştiano bunu Səudiyyə Ərəbistanında oynadığı üçün deyir". Xeyr, xeyr, qulaq asın, mən hər yerdə oynamışam. Hər yerdə. Mənim üçün İspaniya La Liqasında qol vurmaq Səudiyyə Ərəbistanından daha asan idi".

 

"Real"ın hücumçusu Kilian Mbappe ötən mövsüm "Qızıl buts" mükafatını qazanıb.