"Araz-Naxçıvan" Misli Premyer Liqasının XI turunda "Karvan-Yevlax"la qarşılaşır. Sport24.az xəbər verir ki, görüşün birinci hissəsində Naxçıvan təmsilçisinin hücumçusu Şarl Boli ayağından zədə alıb.
O, meydanı xərəkdə tərk edib.
Bolinin əvəzinə oyuna Ramon Maçado daxil olub.
İlk hissəsi davam edən matçda "Karvan-Yevlax" öndədir – 1:0.