Misli Premyer Liqasının XI turunun "Araz-Naxçıvan" – "Karvan-Yevlax" oyunundan (2:1) sonra qonaq komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

 

– Hər şeyi gördünüz. Nəsə deməyə ehtiyac yoxdur.

 

– Penalti epizodunu necə şərh edərdiniz?

– Oyunçularım əziyyət çəkdi. Epizodu hələ dəqiq görməmişəm. Dəqiq baxandan sonra biləcəm. Uşaqlar dedi ki, penaltidir…

 

– Vadim təcrübəli oyunçudur. Əlini gizlədə bilməzdi?

– Vadim dedi gizlətmişəm. Epizoda baxandan sonra dəqiq nəsə deyə bilərəm.

 

– Oyunda üstün olsaz da, hesabı qoruya bilmirsiniz. Səbəb nədi?

– Uşaqlar mübarizə aparır. İdman xoşbəxtliyi sanki bizdən yana deyil.