Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçiriləcəyi tarix müəyyənləşib. Sport24.az xəbər verir ki, XVIII turun matçları martın 26-da reallaşacaq.

 

Qarşılaşmalar Bakı və Gəncədə təşkil ediləcək. "Gəncə" doğma meydanda UNEC-i qəbul edəcək. Görüş saat 15:00-da başlayacaq.

 

Eyni saatda "Abşeron" "Milli Aviasiya Akademiyası" ilə, 18:00-da isə "Murov Az Terminal" "Azərreyl"lə üz-üzə gələcək. Bu iki oyun Bakıda Voleybol Mərkəzində reallaşacaq.

 

Qeyd edək ki, "Azərreyl" 42 xalla liderdir. "Murov Az Terminal" 37 xalla ikinci, "Abşeron" 33 xalla üçüncü, "Gəncə" 24 xalla dördüncü pillədə qərarlaşıb. "Milli Aviasiya Akademiyası" 14 xala malikdirsə, sonuncu sıradakı UNEC-in xalı yoxdur.