Bu gün kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında daha bir oyun keçirilib.

Sport24.az xəbər verir ki, 1-ci tur çərçivəsində “Murov” “Neftçi” ilə üz-üzə gəlib. 

Voleybol Mərkəzində təşkil olunan qarşılaşmaya üstün başlayan “Neftçi” ilk setdə 25:20 hesabı ilə qalib gəlib. İkinci hissədən təşəbbüsü ələ alan “Murov” sonrakı setlərdə 25:15, 25:17 və 25:14 hesabı ilə qələbə qazanıb – 3:1.

Bununla da ilk turdan sonra aktivinə 3 xal yazdıran “Xarı bülbül” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Neftçi” və MOİK isə turu xalsız başa vurub.

Azərbaycan çempionatı 
Yüksək Liqa
(kişilər)
1-ci tur

Murov - Neftçi 3:1 (20:25, 25:15, 25:17, 25:14)