Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında yarımfinalın ilk oyunlarına yekun vurulub. Sport24.az xəbər verir ki, mərhələnin ikinci oyun günündə bir matç baş tutub.

 

"Murov Az Terminal" və "Neftçi"nin dueli 3 set davam edib. GİN-nin Voleybol Mərkəzində təşkil olunan qarşılaşmada "Murov Az Terminal" asan qələbə qazanıb - 3:0.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin ikinci oyunlarına sabah start veriləcək.

 

Kişilər, Yüksək Liqa
Yarımfinal, ilk oyun
16 aprel

"Murov Az Terminal" - "Neftçi" - 3:0 (27:25, 25:19, 25:18)