16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci mərhələsində ilk oyununu keçirib. Sport24.az xəbər verir ki, B qrupunda yer alan yığma Estoniya ilə qarşılaşıb.

 

Milli İspaniyada keçirilən qrup mərhələsinin ilk oyununda yenilib. Görüş voleybolçularımızın 0:3 hesablı məğlubiyyəti ilə nəticələnib (13:25, 14:25, 17:25).

 

Qeyd edək ki, yığmamız bu gün meydan sahibləri ilə qarşılaşacaq. Oyun saat 21:30-da start götürəcək. Komandamız son matçını aprelin 27-də Avstriyaya qarşı keçirəcək.