Türkiyənin Konya şəhərində keçirilən 5-ci İslam Həmrəylik Oyunlarında Azərbaycanın qadın voleybolu üzrə milli komandası B qrupundakı ikinci oyununda qələbə qazanıb.

Sport24.az xəbər verir ki, Azərbaycan millisi Əfqanıstan üzərində çətinlik çəkmədən qalib gəlib – 3:0 (25:4; 25:11; 25:4).

Azərbaycan daha əvvəl Seneqaldan üstün olmuşdu – 3:0 (25:7; 25:6; 25:10).

Azərbaycanın voleybol millisi avqustun 12-də B qrupunda sonuncu oyununu Kameruna qarşı keçirəcək.