Beynəlxalq dərəcəli voleybol hakimimiz Eldar Zülfüqarov bu gün kişilər arasında Çempionlar Liqasının oyununu idarə edəcək. Sport24.az xəbər verir ki, o, Türkiyədə yerli "Fənərbaxça" və İtaliyanın "Montsa" komandaları arasında keçiriləcək matçda ikinci hakim funksiyasını yerinə yetirəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin koordinatoru Nərgiz İsmayılova da bu gün kişilər arasında Çempionlar Liqasının oyununda iş başında olacaq. O, "Levski" (Bolqarıstan) - "Lüneburq" (Almaniya) qarşılaşmasında hakimlərin işinə qiymət verəcək. Bu görüş isə Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.