Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sport24.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

08.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sabah" – "Neftçi" oyununda "Neftçi" azarkeşləri tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna və bu hal  cari mövsümdə ikinci dəfə təkrarlandığına görə "Neftçi" komandası 5000 manat cərimə edilsin (maddə 86.3); 

 

09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sumqayıt" – "İmişli" oyununun 90+13-cü dəqiqəsində "Sumqayıt" komandasının məşqçisi Veliçko Kaplanoviç oyunun bərpasını ləngitdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 1000 manat cərimə edilsin (maddə 17.6, 17.7)

 

09.12.2025-ci il tarixində Misli Premyer Liqasında XIV turun "Sumqayıt" – "İmişli" oyununda "İmişli" komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün "İmişli" komandası 700 manat cərimə edilsin (maddə 43.1);