Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin məşqçilər korpusu dəqiqləşib. Sport24.az xəbər verir ki, baş məşqçi Faiq Qarayev köməkçilərini müəyyənləşdirib.

 

64 yaşlı mütəxəssis Emin Əbilov və Famil Ağayevlə işləyəcək. Bu məşqçilər zamanla yığmada çalışıblar.

 

Qeyd edək ki, komandanın ilk sınağı mayda start götürəcək Qızıl Avropa Liqası olacaq.