Kişi voleybolçular arasında Azərbaycan 1-ci liqasında mükafatlar uğrunda görüşlərin keçirilmə yeri və vaxtı bəlli olub. Sport24.az xəbər verir ki, həlledici matçlar aprelin 10-da baş tutacaq.

Günün ilk matçında bürünc medalçının adına aydınlıq gələcək. Həmin oyunda saat 12:00-da “Murov-2” və “Masallı” ilə görüşəcək. 

Ardınca isə final qarşılaşmasının start fiti veriləcək. Çempion adı uğrunda “Azərbaycan Ali Hərbi Məktəb” və “Təhsil” qarşılaşacaq. Matç saat 14:00-da başlayacaq. 

Qeyd edək ki, görüşlər “Murov” Voleybol klubunun idman zalında təşkil olunacaq.