Azərbaycanın voleybol klubları bu gün Çağırış Kubokunda növbəti oyunlarını keçirəcəklər.

Sport24.az xəbər verir ki, kişi voleybolçulardan ibarət "Murov" komandası 1/8 final mərhələsinin cavab matçında Niderland təmsilçisi "Orion"u qəbul edəcək.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da başlayacaq. İlk görüşdə ölkə çempionu 1:3 hesabı ilə uduzub.

Qadınlardan ibarət "Azərreyl" kollektivi isə Almaniyada "VfB SUHL Thüringen"in müqavimətini qırmağa çalışacaq. Komanda ötən gün ilk oyunda 1:3 hesabı ilə yenilib. Tərəflər arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, görüşlər Almaniyada keçirilir.