Teymur Rəcəbov bu ilin dekabrında Nyu-Yorkda keçiriləcək rapid və blits üzrə dünya çempionatında çıxış etməyəcək. Sport24.az xəbər verir ki, bunu azərbaycanlı qrossmeyster Rusiya mətbuatına verdiyi müsahibədə açıqlayıb.

 

Rəcəbov təqvimin uğursuz seçildiyini bildirərək, FİDE-ni tənqid edib: "Dekabrın sonunda turnirlərdə oynamağı başa düşmürəm. Bu tarix istənilən şahmatçı üçün acınacaqlıdır. FİDE-nin il ərzində çox yarışı yoxdur. Təşkilat il ərzində 5 gün ayırıb, hamıya uyğun vaxtda turniri təşkil edə bilərdi. Təqvimin təşkili üzrə mütəxəssis olmasam da, FİDE-nin digər variantlar tapa bilməməsinə görə təəccüblənirəm".

 

Qeyd edək ki, dünya çempionatı bu il dekabrın sonunda Nyu-Yorkda təşkil olunacaq.