"Nicat gözəl şahmatçıdır. Belə turnirdə ölkəmizi təmsil elədiyin üçün sənə böyük təşəkkürlər düşür". Sport24.az xəbər verir ki, bu fikirlər azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məxsusdur.

 

Torontoda keçirilən İddiaçılar Turnirində Nicat Abasovun sekundant-məşqçisi olan təcrübəli şahmatçı sosial şəbəkə hesabında son turda məğlubiyyətdən sonra təmsilçimizə dəstək nümayiş etdirib.

 

O Nicatdan qələbə gözlədiyini qeyd edib: "Nicat bacardığını edir və bu gözəldir. Belə turnirdə sənin məğlubiyyətin ağır olur. Biz şahmatsevərlər sənə gözəl mübarizə üçün təşəkkür edirik. Sənə sona qədər inanırıq və səndən gözəl bir qələbə gözləyirik. Sənin yanında olmaq çox xoşdur".

 

Qeyd edək ki, Nicat Abasov 11 turdan sonra 3 xalla 8-ci pillədə yer alıb.