Qadın şahmatçılardan ibarət Gürcüstan millisiylə Azərbaycan komandası arasında yoldaşlıq görüşü davam edir. Sport24.az xəbər ki, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığmamız 4-cü turda heç-heçə oynayıb.

 

Hesabat turunda üç partiya bərabərliklə yekunlaşıb. Millimizin heyətində Günay Məmmədzadə məğlub olduğu halda, Gövhər Beydullayeva qələbə qazanmağı bacarıb. Yekunda 4-cü tur 2,5-2,5 hesabıyla başa çatıb.

 

5-ci turda millimizdə üç şahmatçı ağlarla, iki şahmatçı isə qara fiqurlarla oynayacaq.

 

Qeyd edək ki, yoldaşlıq görüşü rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır.