28 may Azərbaycan Respublikasının müstəqillik gününə həsr edilmiş ADBTİA-nın tələbə həmkarlar ittifaqı komitəsinin təşəbbüsü ilə kişilər arasında üçqat Avropa çempionu, beynəlxalq qrossmeyster Rauf Məmmədovun iştirakı ilə 30 taxtada ADBTİA-nın şahmat ixtisasçıları ilə seans keçirilib.

Sport24.az xəbər verir ki, tədbirdə çıxış edən ADBTİA-nın rektoru yarış iştirakçılarını salamlayıb, müstəqillik tarixi haqqında qısa məlumat verib, sonda iştirakçılara uğurlar diləyib.

Tədbirdə akademiyanın idman işləri üzrə prorektoru olimpiya çempionu Fərid Mansurov, Elmi katib , şahmat üzrə beynəlxalq dərəcəli hakim Bəxtiyar Rüstəmov, AR GİN və AŞF-nin nümayəndəsi beynəlxalq dərəcəli hakim Lütfiyar Rüstəmov, Akademiyanın idmanın oyun növləri kafedrasının müdiri dosent İlqar Əliyev də iştirak edib.