Çexiyanın paytaxtı Praqada şahmat üzrə qadınlar arasında Avropa çempionatına start verilib.

Sport24.az xəbər verir ki, ilk turda 4 şahmatçımız qələbə qazanıb. Digər üç şahmatçımız isə rəqibləri ilə heç-heçəyə razılaşıb.

Avropa çempionatının açılış turunda Günay Məmmədzadə Eliska Riçtrova (Çexiya), Ülviyyə Fətəliyeva Çiara Polteraueri (Avstriya), Gövhər Beydullayeva Maritsa Tsirulnik (Ukrayna) və Ləman Hacıyeva isə qara fiqurlarla Olqa Babiyi (Ukrayna) məğlub edib.

Gülnar Məmmədova Anna-Maya Qazaryan (Niderland), Xanım Balacayeva İrina Petrova (Ukrayna), Səbinə İbrahimova isə Oliviya Kiolbasa ilə (Polşa) heç-heçə oynayıb. 

Qitə çempionatında 123 şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçirilən yarış 11 turdan ibarət olacaq.