Torontoda təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində XIII turun oyunları baş tutacaq. Sport24.az xəbər verir ki, iştirakçılar bir günlük fasilədən sonra lövhə arxasına keçəcəklər.

 

Şahmatçımız Nicat Abasov sonuncudan əvvəlki turda Vidit Santoş Qujrati ilə üz-üzə gələcək. 29 yaşlı təmsilçimiz qara fiqurlarla axırıncı sınağına çıxacaq.

 

İddiaçılar Turniri
XIII tur, 20 aprel

Yan Nepomnyaşi – Hikaru Nakamura
Rameşbabu Praqnanandja – Fabiano Karuana
Vidit Santoş Qujrati – Nicat Abasov
Dommaradju Qukeş – Alireza Firuzca

 

Xal durumu: 1. Dommaradju Qukeş (Hindistan), 2. Hikaru Nakamura (ABŞ), Yan Nepomnyaşi (FİDE) – 7,5, 4. Fabiano Karuana (ABŞ) – 7, 5. Rameşbabu Praqnanandja (Hindistan) – 6,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) – 4,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

 

Qeyd edək ki, XIV turun matçları aprelin 21-də təşkil olunacaq. Ağ fiqurlarla oynayacaq Nicat turnirdəki son matçında Rameşbabu Praqnanandja ilə üz-üzə gələcək.