Şəhriyar Məmmədyarov Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VIII mərhələsində növbəti görüşlərini keçirib. Sport24.az xəbər verir ki, 36 yaşlı qrossmeysterimiz "Chessable Masters" adlanan turnirinin təsnifat mərhələsində son qarşılaşmalarına çıxıb.

Məmmədyarov XI turda niderlandlı Jorden Van Forestlə qara, XII turda Alireza Firuzca (FIDE) ilə ağ, XIII turda ABŞ təmsilçisi Uesli So ilə qara, XIV turda Levon Aronyanla ağ, sonuncu - XV turda isə norveçli Aryan Tari ilə qara fiqurlarla oynayıb. İlk 4 görüşündən heç-heçə ilə ayrılan Məmmədyarov "8-lik"də yerini təmin edərək, 1/4 finala yüksəlib. Onu növbəti mərhələyə çıxaran heç-heçə məhz Aronyanla görüşdə qeydə alınıb.

Şəhriyar 14 turdan sonra 16 şahmatçı arasında 8,5 xalla 5-ci yerdə gedir. Sonuncu turda o, norveçli Aryan Tari ilə qarşılaşacaq.