Şimali Makedoniyada "Skopje Open-2024" şahmat turniri start götürüb. Sport24.az xəbər verir ki, yarış Azərbaycan şahmatçısı Eltac Səfərli üçün uğurlu başlayıb.
Beynəlxalq turnirin reytinq lideri olan Eltac 1-ci turda serbiyalı Draqomir Vrelyanskiyə qalib gəlib. Qrossmeysterimiz bu gün növbəti oyunda ukraynalı Aleksander Reprintsevlə qarşılaşacaq.
Qeyd edək ki, İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarətdir.