Azərbaycan şahmatçısı Haqan Əhməd Dohada keçirilən "Qatar Masters" turnirində ikinci qələbəsini qazanıb. Sport24.az xəbər verir ki, o, VI turda Kunala (Hindistan) qalib gəlib.

 

3,5 xal toplayan Əhməd 54-cü pilləyə yüksəlib.

 

Günay Məmmədzadə Anto Manişlə (Hindistan) heç-heçə edib, Xanım Balacayeva isə Məhəmmədzohid Suyarova (Özbəkistan) uduzub. Məmmədzadənin hesabında 3 xal var və 86-cı pillədə qərarlaşıb. Balacayeva isə ondan yarım xal az toplayıb (87-ci yer).