Azərbaycan komandası Naxçıvanda təşkil olunan Yeniyetmələrin Şahmat Olimpiadasında bürünc medal qazanıb.

Sport24.az xəbər verir ki, Fərid Abbasovun kapitanı olduğu kollektiv yarışın sonuncu turunda “Türkiyə-Anadolu” klubunu 2,5:1,5 hesabıyla məğlub edib.

Bununla da, xalını 13-ə çatdıran ölkəmizin əsas təmsilçisi 3-cü yeri tutub.

Qalib 18 xal qazanan Türkiyənin birinci komandası olub. Özbəkistanın birinci yığması isə ikinci yeri tutub.

Bu gün Naxçıvan olimpiadasının bağlanış mərasimi keçiriləcək.