Tokio Olimpiadasının Təşkilat Komitəsinin aparıcı üzvlərindən biri olan Yasuo Mori və Yaponiyanın 3 böyük şirkətinin rəhbəri həbs olunub. Sport24.az xəbır verir ki, buna səbəb onların 2021-ci ildə keçirilən Yay Olimpiya Oyunlarının təşkilati məsələlərində saxtakarlığa yol verməsidi.
Onlar Yaponiya antiinhisar siyasətinə qarşı çıxmaqda ittiham olunur. Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir. İlkin versiyaya görə, təqsirləndirilən şəxslər öz şirkətlərinin mənafeyinə görə inhisarçılıqla məşğul olub. Hətta bəzi yarışları öz gəlirlərini artıra biləcək sahələrdə təşkil ediblər.
Yaxın günlərdə Yaponiyada həbs dalğalarının artacağı da istisna olunmur. Məsələ ondadır ki, daha bir neçə şirkətin cinayətkar fəaliyyəti ilə bağlı şübhələr yaranıb.