Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sədri Tomas Bax rusiyalı və belaruslu idmançıların neytral statusda da olsa, yarışlara buraxılmasını tənqid edənlərin cavabını verib. Soort24.az xəbər verir ki, BOK müvafiq qərarı bu ilin martında vermişdi.

Bax bu mövzu barədə Yay Olimpiya Federasiyaları Assosiasiyalarının (ASOIF) baş assamleyasında danışıb: ''İlk növbədə ASOIF-in şurasına təşəkkür edirəm. Onların bəyanatında aydın şəkildə qeyd olunub ki, idmanla siyasəti bir-birindən ayırmaq lazımdı. Hamıya aydındı ki, siyasi cəhətdən bu cür çətin məsələlərin asan həlli olmur. Düzdü, populistçilər özlərini elə göstərirlər ki, guya hər çətin məsələ üçün onların çıxış yolları var. Son dönəmlərdə bir çox beynəlxalq turnirlərdə, hətta dünya çempionatlarında BOK-un məsləhəti nəzərə alınıb. Heç bir ciddi hadisə də baş verməyib. İdmanın avtonomluğuna bəzi hökumətlər və skeptiklər tərəfindən zərbə vurulur. Amma onların cəhdlərinə baxmayaraq biz işimizin öhdəsindən gəlirik''.