35 ölkə Rusiya və Belarusun Paris Olimpiadasına buraxılmaması üçün tələb irəli sürəcək. Sport24.az xəbər verir ki, bunu mətbuata açıqlamasında Litvanın Elm, Təhsil və İdman naziri Yurgita Şyuqjdinene söyləyib.
Onun sözlərinə görə siyahıda ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və Yaponiya kimi böyük ölkələr də var. Amma bu tələb heç də onların Yay Olimpiya Oyunlarını boykot edəcəkləri anlamına gəlmir.
Qeyd edək ki, Paris Olimpiadası 2024-cü ilin iyulun 26-dan avqustun 11-nə qədər keçiriləcək. Bir müddət əvvəl isə Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarus idmançılarının Olimpiada neytral statusda iştirak edə biləcəyini istisna etməyib.