"Trabzonspor" baş məşqçi Abdulla Avcını istefaya göndərib. Sport24.az xəbər verir ki, təcrübəli mütəxəssislə klub rəhbərliyi ilə görüşdən sonra bu qərar verilib. 

 

Rəhbərlik Konfrans Liqasının pley-offunda mübarizəni dayandıran "Trabzonspor" uğursuzluğu Avcıya bağışlamayıb. 

 

Qeyd edək ki, trabzonlular Avcının rəhbərliyi ilə 45 oyunda 26 qələbə qazanıb, 6 dəfə heç-heçə oynayıb, 13  oyunda isə meydanı məyus tərk edib.