Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının son oyunlarına hakim təyinatları açıqlanıb. Sport24.az xəbər verir ki, iyulun 14-də Belçika və İngiltərə yığmaları arasında keçiriləcək 3-cü yer uğrunda oyun İrandan olan FİFA referisi Alireza Fəqaniyə tapşırılıb.

DÇ-2018-in həlledici oyununu - Fransa və Xorvatiya yığmalarının final qarşılaşmasını isə Argentinadan olan Nestor Pitana idarə edəcək. 

Bu iki oyun üçün bütün təyinatları təqdim edirik:

DÇ-2018

3-cü yer uğrunda oyun 14 iyul

18:00. Belçika - İngiltərə Hakimlər: Alireza Fəqani, Reza Soxəndan, Məhəmməd Mansuri (hamısı İran), Malanq Dyedyu (Seneqal).

Final 15 iyul

19:00. Fransa - Xorvatiya Hakimlər: Nestor Pitana, Ernan Maydana, Xuan Belatti (hamısı Argentina), Byörn Kuypers (Hollandiya).