Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” Asiya Çempionlar Liqasının şərq zonasının H qrupunun II runun oyununu keçirib. Sport24.az xəbər verir ki, “Buriram Yunayted” Yaponiyada yerli “Vanfore Kofu” klubu ilə qarşılaşıb.

Şeydayev 90 dəqiqə oynayıb. Görüş yaponlar 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Ramilin komandası ilk oyunda öz meydanında Çinin "Jeyjanq” klubuna qalib gəlib (4:1), Avstraliyanın “Melburn Siti” komandası ilə (0:0) bərabərə qalıb.