Dünya Güləş Birliyi (UWW) ölkələr üzrə Olimpiya lisenziyalarının sayının qrafikini təqdim edib.

Sport24.az xəbər verir ki, burada sərbəst, yunan-Roma və qadın güləşi üzrə komandaların qazandıqları lisenziyalar əksini tapıb.

Azərbaycan millisi reytinqdə üçüncü yerə şərikdir. Millimizin də Çin kimi 12 lisenziyası var. Liderlər ABŞ (16) və Yaponiyadır (13). Azərbaycan Avropa ölkələrinin hamısını qabaqlayır.