"Onlar adlarını tarix kitablarına yazdırıblar". Sport24.az xəbər verir ki, Avropa Gimnastikası (EG) Azərbaycan akrobatları Murad Rəfiyev və Daniel Abbasovun Gimaraeşdə (Portuqaliya) keçirilən dünya çempionatında qələbəsini belə şərh edib.

 

Qarışıq hərəkətlərin finalında kişi duetimiz qızıl qazanıb. Bu, Azərbaycan akrobatika tarixində dünya çempionatlarında bütün iştiraklar ərzində əldə edilən ilk qızıl medaldır.

 

Qeyd edək ki, bu, millimizin dünya çempionatında ikinci medalıdır. Daha əvvəl komandamız hesabına gümüş mükafat yazdırmışdı.