Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə texniki komitəsinin prezidenti Noha Abu Şabana Azərbaycana səfər edəcək. Sport24.az xəbər verir ki, bunu Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti açıqlayıb.

 

Ölkəmizə səfəri zamanı o, öz dəyərli biliklərini və təcrübəsini yerli mütəxəssislərlə bölüşəcək. Avqustun 30-31-də keçiriləcək tədbirlər Milli Gimnastika Arenasında baş tutacaq və saat 15:00-da başlayacaq. Qonaq tərəfindən keçiriləcək "Milli mütəxəssislər üçün məşqçilik və hakimlik üzrə seminar"da peşəkar məşqçiləri iştirak edəcək.