Akrobatika gimnastikası üzrə Azərbaycan yığma komandası Bolqarıstanın Varna şəhərində keçirilən 31-ci Avropa çempionatında gümüş medal qazanıb. Sport24.az xəbər verir ki, bu uğura yığma komandanın üzvləri Nəzrin Zeyniyeva, Zəhra Rəşidova və Anahita Bashiridən ibarət qadın qrupu nail olub.

Onlar çoxnövçülük proqramında ikinci yeri tutublar.