Azərbaycanın bədii gimnastika üzrə yığma komandası ötən  İtaliyanın Pesaro şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edib. Sport24.az xəbər verir ki, 31 ölkənin iştirak etdiyi turnirdə ölkəmizi fərdi proqramda Jalə Piriyeva, qrup hərəkətləri komandasının tərkibində isə Ayşən Bayramova, Siyana Vasileva, Diana Doman, Aleksandra Platonova və Zeynep Celep təmsil ediblər.

Qrup komandamız təsnifat mərhələsində hər iki kompozisiya ilə uğurlu çıxış nümayiş etdirərək, finala yüksəliblər.

Qızlarımız həlledici mərhələdə 3 top – 2 ip ilə çıxışlarına görə hakimlərdən 17.050 xal alaraq, dördüncü olublar. 5 ip ilə icra etdikləri kompozisiya isə onlara 6-cı yeri qazandırıb.

Qeyd edək ki, bu, yeni mövsümdə Dünya Kubokunun ilk mərhələ yarışıdı.