Sabah Milli Gimnastika Arenasında idman gimnastikası üzrə "AGF Trophy" beynəlxalq turniri start götürəcək.

Sport24.az xəbər verir ki, bu gün nümayəndə heyətləri rəhbərlərinin istiqamətləndirici iclası keçirilib.

Toplantıda yarışın reqlamenti, idmançıların iştirak ardıcıllığı müzakirə olunub.