19 yaşadək futzalçılar arasında 2025-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi edəcək ölkə müəyyənləşib. Sport24.az Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, bununla bağlı UEFA İcraiyyə Komitəsi qərar qəbul edib.

 

Yarışa Moldova ev sahibliyi edəcək. Oyunlar gələn il sentyabrın 28-dən oktyabrın 5-dək "Kişinyov Arena"da keçiriləcək.

 

Sayca 4-cü dəfə təşkil olunacaq qitə birinciliyinin seçmə oyunlarının tarixləri də açıqlanıb. Oktyabrın 31-də seçmə mərhələlərin püşkü atılacaq. İlkin mərhələnin oyunları gələn il yanvarın 21-dən 26-dək, əsas mərhələnin görüşləri isə 25-30 martda keçiriləcək.

 

Qeyd edək ki, Azərbaycanın U-19 yığması mübarizəyə indiyə qədər əsas mərhələdən başlayıb. Komandaların yeni mövsümə hansı raunddan başlayacağı reytinq cədvəli əsasında müəyyənləşəcək.