İspaniyanın "Palma" klubunda çıxış edən Azərbaycan millisinin futzalçısı Rafael Vilela karyerasını Rusiyada davam etdirməyə yaxındı. Sport24.az xəbər verir ki, Tümen" 29 yaşlı oyunçunu heyətinə qatmaq istəyir.

Malyorka təmsilçisi Vilelanın gedişinə mane olmağa çalışır. Amma Rusiya klubu "transfer pəncərəsi" fevralın 22-dək açıq olduğunda,  bu keçidi gerçəkləşdirmək üçün israrlıdır. Hətta "Tümen" Braziliya əsilli oyunçunun "Palma" ilə müqaviləni ləğv etməsi üçün lazım olan məbləği də ödəməyə hazırdır.