"Araz-Naxçıvan" heyətini yeni futzalçı ilə gücləndirib. Sport24.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

 

Ölkə çempionu Luqqi Lonqonu rənglərinə bağlayıb.

 

Naxçıvan təmsilçisi onu Belçika "Anderlext"indən transfer edib. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.