"Kəpəz Ultras" bəyanat yayıb. Sport24.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edilib.
"Əsas komandanın uğursuzluğuna səssiz qalacağımızı düşünürsünüzsə, böyük səhv edirsiniz. İlk nəticəsizliyiniz sizin üçün ağır nəticələrə səbəb ola bilər. Biz "hörmət" anlayışını yaşa və titula görə yox, görülən işə görə veririk. Əgər ortada iş yoxdursa, demək ki, məsuliyyətsizlik və özbaşınalıq var. Biz isə özbaşınalığı heç vaxt bağışlamırıq.
Unutmayın, keçmişdə nələri etdiyimizi, kimləri yola saldığımızı hamı yaxşı xatırlayır. Heç kim keçmişi unudub özünü toxunulmaz saymasın. "Kəpəz Ultras" susmur, tələb edir", - deyə bəyanatda bildirilib.