"Formula-1" üzrə dünya çempionatına 12-ci komandanın qoşulma ehtimalı meydana çıxıb. Sport24.az xəbər verir ki, bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed ben Suleyman açıqlama verib.
O, qaydalar icazə verəcəyi təqdirdə bu ehtimalı inkar etməyib: "Əsas məsələ düzgün qərar verməkdir. Əgər qaydalar buna imkan verirsə niyə yox deyək? Mən 11-ci komandanın çempionatımıza qoşulmasının hamının qələbəsi olduğunu deyə bilərəm".
Qeyd edək ki, 2026-ci ildən "Formula-1"ə "Kadillak" qoşulacaq və 11-ci komanda olacaq. İki gün əvvəl isə daha bir markanın yarışda iştirak etmə ehtimalı ilə bağlı xəbərlər yayılıb.