"Formula-1"də çıxış edən "Ferrari" komandası Barselonada keçiriləcək qapalı mövsümöncəsi testlərin iş qrafikini müəyyənləşdirib. Sport24.az  xəbər verir ki, "Skuderiya" yanvarın 27-də trasa çıxacaq və yeni bolid SF-26 ilə üç gün ardıcıl testlər aparacaq.

 

Komandanın pilotları Luis Hemilton və Çarls Leklerk test günlərində sükan arxasında vaxtı yarıbayarı bölüşəcəklər. Hər gün səhər və günortadan sonrakı sessiyalar ayrı-ayrı pilotlara həvalə olunacaq.

 

"Ferrari"nin Barselonadakı test qrafiki belədir:

 

- 27 yanvar: səhər – Lekler, günorta – Hemilton;
- 28 yanvar: səhər – Hemilton, günorta – Lekler;
- 29 yanvar: səhər – Lekler, günorta – Hemilton.

 

Qeyd edək ki, Barselonadakı bu sınaqlar 2026 mövsümü öncəsi komandaların yeni bolidlərinin ilkin performansının qiymətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.