Rusiyanın "Zenit" klubu 16 ildən sonra antirekordunu təkrarlayıb. Sport24.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi Premyer Liqanın X turunda "Orenburq"a 1:3 hesabı ilə uduzduqları oyunda bunu reallaşdırıb.
Belə ki, ölkənin son illərdə dəyişməz çempionu 2007-ci ildən sonra Premyer Liqada qarşılaşmanın ilk hissəsində qapısında 3 top görüb. Bu, son dəfə 16 il əvvəl olmuşdu ki, onda Moskva "Spartak"ı fasiləyədək "Zenit"i üç dəfə məyus etməyi bacarmışdı.
"Zenit" həmin vaxtdan bu yana 472 matç keçirib.