Emre Can Dortmund "Borussiya"sı ilə yeni müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, 32 yaşlı futbolçunun yeni anlaşması 30 iyun 2027-ci ilə qədər qüvvədə olacaq.


Komandanın kapitanı fevralın 28-də "Bavariya" ilə oyunda (2:3) dizinin çarpaz bağlarını qoparıb.

 

Emre Can 2020-ci ildən Dortmund klubunda çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 16 oyuna çıxıb və 3 qol vurub.