"Porto"nun və Portuqaliya millisinin sağ cinah müdafiəçisi Joao Mario "Yuventus"a keçib. Sport24.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.
Tərəflər arasında imzalanan müqaviləyə əsasən 25 yaşlı futbolçu 2030-cu ilin yayına qədər Turin klubunun formasını geyinəcək. Sözləşmənin maliyyə detalları isə açıqlanmayıb.
Qeyd edək ki, Mario ötən mövsüm bütün turnirlərdə 42 oyun keçirib və 7 məhsuldar ötürmə edib.